- Baxış sayı: 88
- 24 Sentyabr 2026 23:59
- Baxış sayı: 88
- Sentyabr 24, 2026
- 0

28-29 oktyabrda Rusiya Federasiyasının Nefteyuqansk şəhərində Vladimir Semyonovun şərəfinə Yuqra kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 14-cü dəfə keçirilən yarışda sərbəst güləş üzrə ustalardan ibarət yığmamızın üzvləri də iştirak edəcək.
Məşqçilər Vahid Məmmədov və Qılman Novruzovun rəhbərliyi ilə qonşu ölkəyə 7 bahadırımız yollanacaq. Bunlar Mahir Əmiraslanov (57 kq), Ruslan Qasımov (61 kq), Mahal Novruzov (65 kq), Coşqun Əzimov (70 kq), Orxan Abbasov (74 kq), Aleksandr Qostiyev (86 kq) və Aslanbəy Alborovdur (97 kq).
Görüşlərin idarə edilməsində ölkəmizi 1-ci dərəcəli beynəlxalq hakim Qərib Əliyev təmsil edəcək.