- Baxış sayı: 35
- 10 Avqust 2026 20:33
- Baxış sayı: 92
- Avqust 10, 2026
- 0

Tiflisdə Qızıl qran-prinin mərhələsi başa çatıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Firdovsi Umudov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə turnirdə iştirak edən sərbəst güləş millimiz 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
Qalib Əliyev (61kq) və Aleksandr Qostiyev (86 kq) bütün rəqiblərindən üstün olublar. Mircəlal Həsənzadə (57 kq) 2-ci olub. Hər üç güləşçimiz finalda yerli pəhləvanlarla qarşılaşıblar.
Bürünc mükafatı bizə 70 kq-da Coşqun Əzimov qazandırıb. Həlledici görüşdə o, komanda yoldaşı Teymur Məmmədovdan üstün olub.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.