Firdovsi Umudovun komandasından növbəti uğur: 2 qızıl, 1 gümüş və 1 bürün medal

İslam həmrəyliyi oyunlarında sərbəst güləşçilərin yarışında növbəti medalımız qazanıldı. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev adına idman sarayında keçirilən tutaşmada Hacı Əliyev, Camaləddin Məhəmmədov 1-ci, Murtuz Müslümov 2-ci və Şərif Şərifov 3-cü oldular.

Dünən bu növdə Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) qızıl, Məhəmməd Müslümov (65 kq) gümüş medala yiyələndilər.

61 kq 
FİNAL – Alibek Osmonov (KGZ) – Hacı Əliyev 0:10
1/2 final – Hacı Əliyev – İsmaelpoorjouybari (İRİ) 8:1
1/4 final – Hacı Əliyev – T.Xocayev (TJK) 9:0
1/8 final – Hacı Əliyev – S.Myradov (TKM) 10:0

70 kq 
FİNAL – Murtuz Müslümov – Mostafa Hosseinkhani (İRİ) 0:10
1/2 final – Murtuz Müslümov – R.Sadybakasov (KGZ)
1/4 final – Murtuz Müslümov – Z.Dama (TUR) 6:0

86 kq 
Bürünc medal görüşü – Baxodur Kodirov (TJK) – Şərif Şərifov 0:11
1/2 final – Yazdanicharati (İRİ) – Şərif Şərifov 11:0
1/4 final – M.İnam – Şərif Şərifov 1:11
1/8 final – N. Al Mushatta (İRQ) – Şərif Şərifov 0:10

125 kq 
FİNAL – Camaləddin Məhəmmədov – Daulet Şabanbay (KAZ) 12:8
1/2 final – Camaləddin Məhəmmədov – J.Sadeghzadeh (İRİ) 7:3
1/4 final – Camaləddin Məhəmmədov – R. Alkrad (SYR) 10:0

Həmin kateqoriyadan