FOTO
Fitnes zalı açan Rəsul Çunayev: Gələcəkdə güləş mərkəzi istifadəyə verib orda çalışacağam

Olimpiya mükafatçısı, dünya və 1-ci Avropa oyunlarının çempionu Rəsul Çunayev özünə yeni fitnes mərkəzi açıb. Allsport.az saytı xəbər verir ki, müasir avadanlıqlarla təhciz olunan və gözəl tərtibatla inşa edilən idman zalı
“Memar Əcəmi” metrostansiyası və “Yeganə” şadlıq sarayının yaxınlığında yerləşir. Bu gün “Go” fitnes mərkəzinin təntənəli açılışı oldu. Tədbirdə ulduz idmançılar, sənətçilər, KİV nümayəndələri və yunan-Roma güləşçisinin yaxın dostları iştirak etdilər.

Mərasimdə çıxış edən Rəsul Çunayev bunu dedi: “Bu fitnes zalında özüm də məşq edəcəm. İstərdim ki, insanlarımız pis vərdişlərdən uzaq olub idmana gəlsinlər. Bu işin ərsəyə gəlməsində dostlar kömək ediblər. Onlara minnətdaram. Karyeramı bitirdikdən sonra, bütün diqqətimi bu zala yönəldəcəyəm. Yazın gələcəkdə güləş mərkəzi də açmağı planlaşdırıram. Bu, mənim ən böyük arzularımdamdır”.

Həmin kateqoriyadan