FİVB-nin 2-ci səviyyə məşğələsi

Bu gün Gənclər və idman nazirliyinin voleybol mərkəzində məşqçilər üçün növbəti beynəlxalq seminara start verilib. Allsport.az saytı xəbər verir ki, FİVB-nin 2-ci səviyyə məşğələsi sentyabrın 15-dək davam edəcək. Burada yerli və xarici mütəxəssislər iştirak edəcək.

Toplantıya türkiyəli Çingiz Axarçeşmə rəhbərlik edir. O köməkçisi FİVB-nin məşqçilik sertifikatı almış, çimərlik voleybolu üzrə məşqçi olan Nihad Tanrıverdiyevdir.

Seminar nəzəriyyə və təcrübədən ibarətdir. Son gündə imtahan olacaq və bu mərhələni uğurla keçənlərə 2-ci dərəcəli beynəlxalq sertifikat veriləcək.

Həmin kateqoriyadan