- Baxış sayı: 70
- 25 İyun 2026 17:55
- Baxış sayı: 92
- İyun 26, 2026
- 0

Azərbaycan voleybol federasiyasının (AVF) kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa voleybol konfederasiyasından (CEV) təyinat alıb.
Allsport.az xəbər verir ki, Frişman kişi voleybolçular arasında 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat mərhələsinin oyununda iştirak edəcək.
O, avqustun 16-da İsveçrədə baş tutacaq “E” qrupunun İsveçrə – İsveç qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.