Füqan Əliyev Türkiyədə 5-ci oldu

Türkiyənin Qaziantep şəhərində keçirilən ağırlıqqaldırma üzrə üçqat olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir davam edir. Allsport.az xəbər verir ki, 2020-ci il Tokio olimpiya oyunlarına gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 20-dən çox ölkədən 80-ə yaxın atlet çıxış edir.

Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında Səbinə Əzimova (55 kq), Boyanka Kostova (59 kq), Füqan Əliyev (81 kq) və Tarmenxan Babayev (96 kq) körpücük üzərinə çıxacaqlar.

Bu gün Füqan Əliyev də qüvvəsini sınayıb. O, kişilərdə 81 kq çəki dərəcəsində yarışıb. Gənc idmançımız toplam 291 kq (131+160) nəticə ilə bu çəkidə 5-ci yeri tutub.

Həmin kateqoriyadan