Futnet federasiyasının ötən ilin yekunlarına dair hesabat konfransı

Bu gün Azərbaycan futnet federasiyasının 2021-ci ildəki fəaliyyətinin yekunlarına dair hesabat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, əvvəlcə dövlət himni səsləndirilib. Sonra federasiyanın fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən federasiyanın prezidenti Vüsal Xəlilov, ötən ilin AFNF üçün uğurla keçdiyi, hesabat dövründə 5 beynəlxalq turnirin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb.

Sonra federasiyanın baş katibi Əfqan Həmzəyev, hesabat məruzəsi ilə çıxış edib. İlin yekununda futtennis, futvole və teqbal üzrə müxtəlif nominasiyaların qalibləri də məlum olub.

Qaliblərə AFNF-in sertifikatları və hədiyyələri, hesabat konfransda iştirak edən mətbuat nümayəndələrinə isə hədiyyələr təqdim edilib.

Həmin kateqoriyadan