Gəncə olimpiya idman kompleksində görüş

Azərbaycan voleybol federasiyasının (AVF) vitse-prezidenti Bəhruz Quliyev və baş katib Faiq Orucov, Gəncə olimpiya idman kompleksində məşq keçən Gəncə regional voleybol klubunun (GRVK) gənc və yeniyetmə voleybolçuları ilə görüşüblər. Allsport.az saytı xəbər verir ki, toplantıda regional klubun rəhbəri Pərviz Qədirov, federasiyanın və GRVK-nun digər əməkdaşları da iştirak ediblər.

AVF rəsmiləri burada təşkil olunan məşqləri izləyib, GRVK-in vəziyyəti ilə, idmançılara yaradılan şəraitlə tanış olublar.
AVF nümayəndələri ölkədə voleybolun daha da inkişaf etdirilməsi istiqamətində görülən və nəzərdə tutulan işlər haqqında məlumat veriblər.

Qonaqlar gənc və yeniyetmə voleybolçulara tövsiyələr verib, onlara bu yolda uğurlar arzulayıblar.

Həmin kateqoriyadan