- Baxış sayı: 73
- 13 Noyabr 2026 19:23
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

“Gəncə” VK ilə “Nurab” MMC arasında yeni müqavilə imzalanıb. Allsport.az saytı xəbər verir ki, anlaşmaya klubun prezidenti Elvar Osmanov və şirkətin rəhbəri Elvin Həsənov imza atıblar.
Razılaşmaya əsasən, qarşı tərəf klubun məşq prosesi, rəsmi oyunları və tədbirləri zamanı su təminatı göstərəcək. “Gəncə” VK isə sponsorun adının və loqosunun oyunlarda, tədbirlərdə və sosial media paylaşımlarında işıqlandırılmasını təmin edəcək.
Klub rəhbərliyi bu dəstəyi yüksək qiymətləndirərək “Nurab” MMC-yə təşəkkürünü bildirib və tərəflər arasında imzalanmış müqavilənin qarşılıqlı faydalı, uzunmüddətli və nümunəvi əməkdaşlığa çevriləcəyinə inamını ifadə edib.