Gəncə” voleybol klubunun idarə heyətinin iclası keçirilib

Allsport.az saytı xəbər verir ki, toplantıda klubun prezidenti Elvar Osmanov qarşısına qoyulan hədəflərdən danşıb, heyətin Azərbaycan yüksək liqasına hazırlığı ilə maraqlanıb. Yeni mövsüm üçün planları barədə çıxış edən klubun baş məşqçisi belaruslu mütəxəssis Sergey Çasnavitski, voleybolçuların hazırlığı, məşq prosesi barədə məlumat verib, heyətin yeni mövsümün startınadək tam hazır olacağını diqqətə çatdırıb.

Debütant heyətini komplektləşdirmək istiqamətində işləri davam etdirir. Hazırlığı davam etdirən “sarı-göylər” milli üzvləri Nərmin Fərəcova, Leyla Parşkova; braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalı Olqa Zaxarova, İrina Klimanova, Anastasiya Salina, Arina Qotselyuk, Yuliya Tyuşeva, Anna Balberova və Anna Dmitriyeva ilə anlaşıb.

Həmin kateqoriyadan