“Gəncə”də braziliyalı hücumçu

Yeni mövsümdən yüksək liqasında debüt edəcək qadın voleybolçulardan ibarət “Gəncə” klubu heyətini gücləndirib. Allsport.az saytı xəbər verir ki, bölgə təmsilçisi braziliyalı Fernando Melo ilə müqavilə imzalayıb.

36 yaşlı oyunçu ötən mövsümü Perunun “Alianza” klubunda keçirib. 180 santimetr boya malik hücumçu daha əvvəl Braziliyanın “Uniara”, “Sollis Nestle”, “Rio do Sul”, Argentinanın “Ximnasiya Esqrima La Plata”, Fransanın “İstr”, Kiprin “Pafiakos” və Yunanıstanın “Tiras” klublarının da şərəfini qoruyub.

“Sarı göylər” öncə Nərmin Fərəcova və Leyla Parşkova ilə anlaşıb. Komanda yeni mövsümdə belaruslu Sergey Çasnavitskinin rəhbərliyi altında çıxış edəcək.

Həmin kateqoriyadan