“Gəncə”də serbiyalı voleybolçu

Qadın voleybolçulardan ibarət “Gəncə” klubu yüksək liqaya hazırlığı davam etdirir. Allsport.az xəbər verir ki, ölkə çempionatında debüt edəcək “sarı-göylər” heyətini Tiana Yovanoviçlə gücləndirib.

Serbiyalı voleybolçu ilə bir il anlaşılıb.

Ötən mövsümü ölkəsində “GZOK Serm”də keçirən voleybolçu daha əvvəl “Jelezniçar”, “Valyeva”, Belqrad”, “İnciya” və “ZOK Novi-Sad” da çıxış edib.

“Gəncə” daha əvvəl millinin üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, rusiyalı Olqa Zaxarova, İrina Klimanova və Anastasiya Salina ilə sözləşib. Komanda yeni mövsümdə belaruslu baş məşqçi Sergey Çasnavitskinin rəhbərliyi altında çıxış edəcək.

Həmin kateqoriyadan