Gəncədə voleybolçularla görüş

Azərbaycan voleybol federasiyasının (AVF) vitse-prezidenti Bəhruz Quliyev və baş katib Faiq Orucov Gəncə olimpiya idman kompleksində Gəncə regional Voleybol klubunun (GRVK) gənc və yeniyetmə voleybolçuları ilə görüşüblər.

Allsport.az xəbər verir ki, görüşdə regional klubun rəhbəri Pərviz Qədirov, federasiyanın və GRVK-nun digər əməkdaşları da iştirak ediblər.

Federasiya rəsmiləri burada təşkil olunan məşqləri izləyib, GRVK-in vəziyyəti ilə, idmançılara yaradılan şəraitlə tanış olublar.

AVF nümayəndələri ölkədə voleybolun daha da inkişaf etdirilməsi istiqamətində görülən və nəzərdə tutulan işlərlə bağlı fikir mübadiləsi aparılıb. Qonaqlar gənc və yeniyetmə voleybolçulara tövsiyələr verib, onlara uğurlar arzulayıblar.

Həmin kateqoriyadan