- Baxış sayı: 72
- 13 Noyabr 2026 19:23
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

“Gəncə” voleybol klubu heyətini gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir.
Allsport.az xəbər verir ki, komanda braziliyalı voleybolçu Ariadne Ramos ilə müqavilə imzalayıb.
Braziliya və Peruda çıxış etmiş təcrübəli oyunçunun son klubu vətəninin “ASV Hornets” komandası olub.
“Gəncə” daha əvvəl Leyla Parşkova, Hellen Luvizetti Lacava, Milica Vukoviç və Olena Napalkova ilə də müqavilə bağlayıb. Bundan əlavə, Mellisa Rangel ilə əməkdaşlıq müddəti uzadılıb.