“Gəncə”nin baş məşqçisi aşağı yaş qruplarından ibarət klubların üzvləri ilə

Qadın voleybolçulardan ibarət “Gəncə” klubunun baş məşqçisi Sergey Çasnavitski aşağı yaş qruplarından ibarət komandalarının üzvləri ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, yeniyetmə oğlan və qızların məşqini izləyən belaruslu mütəxəssis, klubun məşqçi-müəllimi Pərvanə Niftəliyeva ilə fikir mübadiləsi aparıb və göstərişlərini verib.

Görüş zamanı o yeniyetmə voleybolçular üçün ustad dərsi keçib. İdmanın voleybol növünün özəllikləri barədə məlumat verən belaruslu mütəxəssis müəyyən texniki-taktiki hərəkətləri də yerinə yetirib.

Yeniyetmə voleybolçulara uğurlar arzulayan Sergey Çasnavitski gələcəkdə onların Azərbaycanın və dünyanın aparıcı klublarında çıxış edəcəklərinə inandığını bildirib və xatirə şəkli çəkdirib.

Həmin kateqoriyadan