“Gəncə”nin baş məşqçisi: Güclü voleybolçuların axtarışı gündəmdədir

“Gəncə” voleybol klubunun baş məşqçisi Sergey Çasnavitski yüksək liqanın 2023-2024-cü il mövsümünə hazırlığını dəyərləndirib:

“Azərbaycan çempionatında mübarizə aparacaq rəqiblərin hamısının oyununu izləməmişəm. Ancaq 2 komanda ilə yoldaşlıq oyunumuz olub. Onlar barədə fikir yürüdə bilərəm. Nəzərə almaq lazımdır ki, həmin komandalar da hazırlıq proseslərini hələ başa vurmayıblar və pik formalarına çatmayıblar.

“Azərreyl” klubunun isə avrokubok matçlarını izləmişəm. Rəqibləri qiymətləndirmək çox çətindir. Rəqib komandalarda heyətin formalaşdırılması istiqamətində işlərin aparıldığı və güclü legionerlər transfer etdiklərini bilirəm.

Azərbaycan yüksək liqasının yeni mövsümü gərgin idman mübarizəsi vəd edir. 6 komanda medallar uğrunda mübarizə aparacaq. Demək olar ki, beş komanda eyni səviyyəli, güclü kollektivdir. Komandalar hələ də transfer işlərini davam etdirirlər. Güclü voleybolçuların axtarışı gündəmindədir. Bu səbəbdən, rəqiblər haqqında fikir söyləmək o qədər də asan deyil”.

Həmin kateqoriyadan