- Baxış sayı: 48
- 24 Sentyabr 2026 10:00
- Baxış sayı: 78
- Sentyabr 26, 2026
- 0
Qadın voleybolçular arasında “Gəncə” TİM cari mövsüm 1-ci liqada mükafata iddialıdır. Bunu allsport.az-a açıqlamasında komandanın hücumçusu Günay Verdiyeva deyib. Onun sözünə görə, “Gəncə” itkisiz irəliləyir, keçirdiyi 4 görüşün hamısında qalib gəlib:
“Martın 9-da “Xətai”, 10-nunda isə “İqtisadçı” ilə qarşılaşacağıq. Adını son çəkdiyim klub da bizim kimi uduzmayıb. Son turu final oyunu kimi də adlandırmaq olar. Komandamızda ovqat yüksəkdir. Bu yarışmada müküfatçılar sırasına düşəcəyimizə inanıram”.