- Baxış sayı: 36
- 25 Aprel 2024 21:30
- Baxış sayı: 46
- Aprel 23, 2024
- 0
İspaniyanın Qvadalaxara şəhərində bədii gimnastika üzrə dünya kuboku və gənclər arasında beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, adı ilk çəkilən yarışda Marina Durunda lentlə final mərhələsində çıxış edərək 5-ci yerdə qərarlaşıb.
Kubokda Azərbaycanı qrup hərəkətləri yarışlarında təmsil edən Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Ayşən Bayramova və Elif Zeynep Celepdən ibarət komanda çıxış proqramının hər iki finalına (5 lent, 3 cüt gürz və 2 halqa) vəsiqə qazanaraq 5-ci yeri tutub. Çoxnövçülükdə isə qızlar 6-cı nəticəni göstəriblər.
Dünya kuboku ilə paralel keçirilən beynəlxalq turnirdə gənc gimnastlar İlahə Məmmədova, Veronika Qudis və Zöhrə Ağamirova iştirak ediblər. Azərbaycan təmsilçisi Veronika Qudis iplə finalda çıxış edərək 3-cü yeri ispaniyalı gimnastla bölüşüb.