VİDEO
Gənc bahadırlar Xaçmazda təlim-məşq keçir

Gənc yunan-Roma və sərbəst güləş yığmalarımız qarşıdakı məsul yarışlara hazırlaşır. Allsport.az saytı xəbər verir ki, hər 2 komandamız ötən həftədən gənclər və idman nazirliyinin təşəbbüsü, güləş federasiyasının təşkilati dəstəyilə Xaçmaz olimpiya idman kompleksində təlim-məşq toplanışı keçir.

İyulun sonunadək davam edəcək TMT-də əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə ayrılıb. Ancaq yanaşı olaraq taktiki-texniki çalışmalar da həyata keçirilir. Yunan-Romada gənclərə bir neçə əsas millinin üzvü də qoşulub.

Güləşin klassik növüylə məşğul olanlar böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin ƏhmədovTurac Hüseynlinin, sərbəst güləşçilər isə böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Rövşən Hacıyevin rəhbərlikləri ilə müntəzəmməşqləri davam etdirir.

Gənc bahadırları Rusiyada 2 iki məsul yarış gözləyir: öncə avqustun 16-dan 22-dək Ufada dünya çempionatı, sonra sentyabrın 4-dən 11-dək Qazanda 1-ci MDB oyunları.

Həmin kateqoriyadan