Gənc güləş mütəxəssisi İlqar Abdulov 8 saylı RİOEUGİM-ə direktor təyin edilib

Gənc güləş mütəxəssisi İlqar Abdulov “Təhsil” İdman Mərkəzinin 8 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində direktor  təyin olunub.

Allsport.az saytı xəbər verir ki, onun son iş yeri gənclərdən ibarət yunan-Roma güləş millisində böyük məşqçi olub. Bir müddət öncə öz istəyi ilə bu vəzifədən ayrılaraq, “Atom” adlı fitness crossfit mərkəzi açmışdı.

O, ölkənin ən bacarıqlı gənc çalışdırıcılarından sayılır. Onun komandasının Avropa və dünya birinciliklərində qazandığı uğuru ölkə başçısı İlham Əliyev tərifləyib.

İlqar Abdulov güləşçi karyerasında 74 kq-da çıxış edib. Bir sıra neynəlxalq yarışların qalib və mükafatçısı, Pekin-2008 yay olimpiya oyunlarının iştirakçısıdır. 

Qeyd edək ki, yeni təhsil naziri Ceyhun Bayramov gənc kadrlara önəm verir. Bir müddət öncə güləş federasiyasının keçmiş baş katibi Əjdər Cəfərov 2, “Rabitə” boks klubunun vitse-prezidenti Fərhad Acalov 1 saylı RİOEUGİM-lərə direktor təyin olunublar.

Həmin kateqoriyadan