Gənc güləş referisi Kamran Əliyevin gələn il üçün hədəfi

2-ci dərəcəli hakim Kamran Əliyevin gələn il hədəfi var. Allsport.az saytının məlumatına görə, o, müvafiq yarışda imtahan verərək dərəcəsini bir qədər də yüksəltmək istəyir. Qeyd edək ki, həmyerlimiz güləş idmanında dünyada beynəlxalq status almış ən gənc referi kimi tarixə düşüb.

O bu şərəfə 21 yaşında layiq görülüb. Əlamətdar hadisə keçmiş FİLA (indi UWW adlanır) prezidenti Rafael Martinetti tərəfindən diqətsiz qalmayıb – italiyalı mütəxəssis Kamran Əliyevə təbrik məktubu ünvanlayıb.

Həmin kateqoriyadan