Gənc güləşçilərimiz qardaş ölkədə “Çempionlar” yarışında

Antalyada gənclər arasında “Çempionlar” turniri başlayıb. Allsport.az saytı xəbər verir ki, 3 gün davam edəcək yarışda ölkəmizi U-20 milli komandalarımız təmsil edir. Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi ilə 10 sərbəst güləşçimiz ənənəvi turnirdə çıxış edir.

Bunlar Elman Ağayev (57 kq), Ruslan Abdullayev (61 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Əhməd Əhmədli (74 kq), Emin Qocayev (79 kq), Sadiq Mustafazadə (82 kq), Anar Cəfərli (92 kq), Rəvan Musayev (97 kq) və Yusif Dursunovdur (125 kq).

Böyük məşqçi Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi ilə 6 qadın güləşçimiz yarışda mübarizə aparaca: Aysel Məmmədzadə, Elvina Kərimzadə (hər ikisi – 50 kq), Əsmər Canqurtaran (53 kq), Nərgiz Səmədova (55 kq), Gülər Həbibova (57 kq), Ruzanna Məmmədova (62 kq) və Fatimə İsayeva (68 kq).

Həmin kateqoriyadan