Gənc güləşçilərimizin Urmiya sınağı

28-30 noyabrda Arazın o tayında gənclərin “Martyrs Cup” yarışı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, komanda yarışında əvvəlcə sərbəst, sonra yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaq.

Adı ilk çəkilən növdə məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi ilə Şahin Muxtarov, Mahir Məmmədzadə (hər ikisi – 57 kq), Əsgər Məmmədəliyev, Tural Hüseynov (61 kq), Elmar Kazımov (65 kq), Əşrəf Aşurov (70 kq), Davud İbrahimov (74 kq), Rəşad Yusifli (79 kq), İslam İlyasov (86 kq), Əsxab Həmzətov (92 kq), Sənan Əlizadə (97 kq) və Aydın Əhmədov (125 kq) gücünü sınayacaqlar.

Yunan-Roma güləşi üzrə heyətə Zaur Əliyev (55 kq), Həsən Məmmədli, Əsgər Əlizadə (hər ikisi – 60 kq), Zaur Nuriyev (63 kq), Ruslan Hədisov (67 kq), Niyaz Ərzumanov (72 kq), Cavid Miralayev (77 kq), Aslan Məmmədov (82 kq), Nəzərşah Fətullayev (87 kq), Rüfət Məmmədov (97 kq) və Sərxan Məmmədov (130 kq) daxil ediliblər. Onlar böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin tapşırıqlarını yerinə yetirəcəklər.

Görüşlərin idarə olunmasında bizdən 2-ci dərəcəli beynəlxalq hakim Vaqif Zeynallı da var.

Həmin kateqoriyadan