Gənc güləşçilərin ölkə birinciliyi

8-10 fevralda Bakı idman sarayında gənc sərbəst və yunan-Roma güləşçilərin Azərbaycan çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, milli komandalara seçim xarakteri daşıyan ölkə birinciliyinin proqramına əsasən, fevralın 8-də yunan-Roma güləşi üzrə 55, 60, 63, 67, 72, 77 və 82 kq-da qaliblər müəyyənləşəcək.

Həmin gün saat 16:00-da yarışın təntənəli açılış mərasimi başlayacaq. Növbəti gün klassik güləşdə 87, 97 və 130, sərbəst güləşdə isə 57, 61, 65 və 70 kq-da medalçıların adına aydınlıq gələcək. Yarışın son günündə isə 74, 79, 86, 92, 97 və 125 kq-da ölkənin ən güclü sərbəst güləşçiləri bəlli olacaq.   

Həmin kateqoriyadan