VİDEO
Gənc qızlar qitə birinciliyinə hazırlaşır

İyunun 28-dən iyulun 4-dək Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, millimiz yarışa hazırlığı Bakıda davam etdirir.

Olimpiya güləş mərkəzində yığmanın məşqçisi Rövşən Umudov və gənclərdən ibarət yığmanın böyük məşqçisi Həsrət Məmmədyarovun rəhbərliyi altında davam edən məşqlərdə əsasən taktiki-texniki çalışmalar yerinə yetirilir.

Qeyd edək ki, komandamız iyunun 28-də Almaniyaya yollanacaq. Ertəsi gün qadın güləşində bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. İyunun 30-da 50, 55, 59, 68 və 76 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxacaq. İyulun ilk günündə isə 53, 57, 62, 65 və 72 kq-da yer alan qızlar mübarizəyə qoşulacaq.

Həmin kateqoriyadan