Gənc sərbəst güləş yığmamız Yaponiyaya təlim-məşqə yollanıb

Gənc sərbəst güləş yığmamız ölkə xaricində təlim-məşqə başlayır. Allsport.az saytı xəbər verir ki, sabahdan Yaponiyanın Komatsu şəhərində hazırlıqlara başlayacaq millimiz yerli komanda ilə birgə məşq edəcək.

Məşqçilər Arif Abdullayev və Nazim Əlicanovun rəhbərliyi ilə toplanışa İslam Bazarqanov, Mahir Məmmədzadə (hər ikisi – 57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov (65 kq), Davud İbrahimov, Əşrəf Aşurov (70 kq), İsmayıl Abdullayev (74 kq), Rəşad Yusifli (79 kq), Əsxab Həmzətov (92 kq) və İslam Abuyev (125 kq) qatılacaqlar.

Yaponiya hazırlığı iyulun 17-dək davam edəcək.

Həmin kateqoriyadan