Gənc sərbəst güləşçilər Kaspiyskdə

Komandada 9 bahadırdan 6-sı legionerdir

26-28 sentybrda Dağıstanın Kaspiysk şəhərində 1994-1996-cı il təvəllüdlü güləşçilər arasında Rusiya Federasiyasının qəhrəmanı, Daxili İşlər Nazirliyinin general-mayoru Məhəmməd Ömərovun xatirəsinə 1-ci beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda gənc sərbəst güləşçilərdən ibarət milli komandamızın üzvləri də iştirak edəcək.

Məşqçilər Rövşən Umudov və Nazim Əlicanovun rəhbərliyi ilə 9 pəhləvan qonşu respublikaya yollanacaq. Bunlar Arif Hüseynov (55 kq), Mircəlal Həsənzadə (55 kq), Vurğun Əliyev (60 kq), Gitinoməhəmməd Hacıyev (66 kq), Məhəmmədhacı Muxutov, Hacımurad Ömərov (hər ikisi – 74 kq), Məhəmməd Abdulxaliqov (84 kq), Turxan Qurbanov (96 kq) və Oyan Nəzərianidir (120 kq).

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı iştirak edəcək.

Həmin kateqoriyadan