- Baxış sayı: 90
- 24 Sentyabr 2026 23:59
- Baxış sayı: 90
- Sentyabr 24, 2026
- 0

2-4 martda Saxa Respublikasının paytaxtı Yakutskda olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə gənc sərbəst güləşçilərin 6-cı beynəlxalq turnir keçiriləcək.
Allsport.az saytı xəbər verir ki, yarışda millimizin 5 üzvü qüvvəsini sınayacaq. Yığma komandanın məşqçisi Nazim Əlicanovun rəhbərliyi ilə şimal diyarına İslam Bazarqanov (57 kq), Sübhan Muradov (61 kq), Hacımurad Hacıyev (65 kq), Əbubəkr Abakarov (74 kq) və Rəşad Yusifli (79 kq) yollanıblar.
Görüşlərin idarə edilməsində ölkəmizi 1-ci dərəcəli beynəlxalq hakim Sədi Quliyev təmsil edəcək.