Gənc sərbəst güləşçilərimiz Ufaya dünya birinciliyinə yollanıb

16-22 avqustda Başqırdıstanın paytaxtı Ufada gənclərin dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 2-illik fasilədən sonra ilk rəqabət sərbəst güləşçilərin arasında olacaq. Məsul yarışda ölkəmizi təmsil edəcək gənclərdən ibarət sərbəst güləş millimiz bu gün Rusiyaya yollanıblar.

Böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən HacıyevNazim Əlicanovun rəhbərliyi ilə Nurəddin Novruzov (57 kq), Əbülfəz Nəsirov (61 kq), Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşırov (79 kq), Saqadulla Ağayev (86 kq), Abdulcəlil Şabanov (92 kq) və Aydın Əhmədov (125 kq) uğur qazanmağa çalışacaq.

Yarışda bizdən ədaləti 1 dərəcəli beynəlxalq hakim Sədi Quliyev qoruyacaq.

Həmin kateqoriyadan