Gənc sərbəst güləşçilərimiz Yakutskda güclərini sınayacaq

4-5 martda Saxa (Yakutiya) respublikasının paytaxtı Yakutskda olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə gənc sərbəst güləşçilərin beynəlxalq turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda millimizin 5 üzvü qüvvəsini sınayacaq.

Bu yaş qrupu üzrə yığma komandanın məşqçisi Rövşən Hacıyein rəhbərliyi iıə uzaq Şərqə Şahin Muxtarov (50 kq), İntiqam Vəlizadə (55 kq), Rəşad Yusifli, Əbubəkr Abakarov (hər ikisi – 74 kq) və Əshab Həmzətov (96 kq) yollanacaqlar.

Görüşlərin idarə edilməsində ölkəmizi 2-ci dərəcəli beynəlxalq hakim Tural Əliyev təmsil edəcək.

Həmin kateqoriyadan