- Baxış sayı: 90
- 24 Sentyabr 2026 23:59
- Baxış sayı: 90
- Sentyabr 24, 2026
- 0

4-7 iyulda Türkiyənin İstanbul şəhərində gənclər arasında “Çempionlar” adlı yarış keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu sınaqda sərbəst güləş millimiz iştirak edəcək.
Böyük məşqçi Saypulla Absaidov və məşqçi Nazim Əlicanovun rəhbərliyi ilə qardaş ölkəyə Əliabbas Rzazadə (57 kq), İntiqam Vəliyev, Əsgər Məmmədəliyev (hər ikisi – 61 kq), Elmar Kazımov (65 kq), Hacımurad Hacıyev (70 kq), İsmayıl Abdullayev (74 kq), Orxan Abbasov (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq) və Əliməhəmməd Əlixmayev (97 kq) yollanacaqlar.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək.