Gənc sərbəst güləşçilərin ölkə birinciliyi: 8 çəkidən 5-ində qalib legionçular oldu

Bakı İdman Sarayında gənclər sərbəst güləşçilərin ölkə birinciliyi keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1997-1999-cu il təvəllüdlü idmançılar iştirak edirlər. Yarışda 205 pəhləvan mübarizə aparıb.

Gərgin rəqabətdə Əli Hüseynov (50 kq), Əfqan Xaşalov (55 kq), Habib Qaraçayev (60 kq), Hacımurad Hacıyev (66 kq), Rəşad Yusifli (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Əshab Həmzətov (96 kq) və Ömər İsrailov (120 kq) qalib adını qazanıblar.

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunur və yığma komandanın heyətinə cəlb edilirlər.

Həmin kateqoriyadan