Gənc sərbəst güləşçilərin Türkiyə sınağı

Bu gün Türkiyənin Qəhrəmanmaraş şəhərində gənc sərbəst güləşçilərin beynəlxalq turnir keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi ilə Nurəddin Novruzov, Riad Aslanov, Məmməd Əhmədov (hamısı – 57 kq), Ramik Heybətov, Ceyhun Allahverdiyev (61 kq), Əbülfəz Nəsirov, Murad Haqverdiyev (65 kq), Sabir Cəfərov, Kənan Heybətov (70 kq), Namus Orucov (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Fərid Cabbarov, Fuad Yunusov (86 kq) və Abdulcəlil Şabanov (92 kq) təmsil edəcəklər.

Görüşlər Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Medallar uğrunda mübarizəyə isə 17:30-da start veriləcək. Turnirdə bizdən beynəlxalq dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyacaq.

Həmin kateqoriyadan