- Baxış sayı: 61
- 12 Noyabr 2026 14:22
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

İspaniyanın Pontevedra şəhərində gənc güləşçilərin Avropa birinciliyi sona yetib. Allsport.az saytı xəbər verir ki, yarışın son günlərində meydan “sərbəstlər”ə verilib. Bu növdə komandamız çox uğurlu çıxış edib.
Buenos Ayres -2018 yeniyetmələrin yay olimpiya oyunlarının qalibi Turan Bayramov (65 kq) bu rəqabətdə də bütün görüşləri üstün bitirib. Eyni nəticəni 79 kq-da Əbubəkr Abakarov da göstərib.
Millimiz sonradan daha 2 medal qazanıb. Əshab Həmzətov (92 kq) 2-ci, İslam Abuyev (125 kq) 3-cü olublar.