Gənclər və idman nazirliyi bölgə məktəblilərini sevindirir

Yeni təqvim il öncəsi uşaqların bayram əhvalını yüksəltmək məqsədi ilə gənclər və idman nazirliyinin yeni aksiyası keçirilir. Allsport.az saytı xəbər verir ki, Milad bayramında hər uşaq Şaxta babanın yaşadığı uzaq kəndə gəlməsini arzu edir. Bu gəliş gözlənilməz olanda daha böyük sevinc yaradır.

Bu il ölkənin bütün rayonlarında ən ucqar kənd məktəbləri AGİN tərəfindən siyahıya alınıb və bu məktəblərdə yaşayan uşaqlara bayram hədiyyəsi göndərilib. Yerli gənclər və idman idarələri hədiyyələr gətirən Şaxta babaya düzgün ünvanlarları tapmaqda “yardımçı olub”.

Dekabrın 29-30 davam edən aksiyada 5 minədək uşaq öz möcüzə payını alacaq. Artıq Siyəzən rayonunun Məşrif, Dağ Quşçu kənd tam orta məktəblərində, Şabran rayonunun Taxtalar, Piebedil, Qorğan kənd məktəblərində, Gədəbəy rayonunun Mor-mor, Göyəlli, Əyridərə, Hacılar, Sonalar, Qaravəlilər, Məmmədcəfərli, Dördlər və Mutudərədə yaşayan uşaqlara 2020-ci il müjdəsi çatıb.

Şaxta babalar Azərbaycanın ucqar kəndlərini dolaşır və uşaqları sevindirirlər.

Həmin kateqoriyadan