Gənclər və idman nazirliyi “TEXNOFEST Azərbaycan”da

Mayın 26-dan start götürən “TEXNOFEST Azərbaycan”da gənclər və idman nazirliyi fəal iştirak edir.

Allsport.az saytı xəbər verir ki, paytaxtımızda təşkil edilən festivalda nazirliyin stendində “Robototexnika”, “Mən pilotam”, “SPORTECH emalatxanası”, “Fan zone və Techno music” bölmələri nümayiş olunur.

Festival müddətində nazirliyin stendində müxtəlif müsabiqələr və yarışlar keçirilir, qaliblərə xatirə hədiyyələri təqdim olunur.

Həmin kateqoriyadan