- Baxış sayı: 276
- 12 İyul 2026 00:00
- Baxış sayı: 228
- Avqust 05, 2026
- 0

21-31 mayda Özbəkistanın paytaxtı Daşkənddə gənc ağırlıqqaldıranların dünya birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 112 ölkədən 384 (220 kişi + 164 qadın) atletin qatılacağı yarışda, bizdən 5 milli üzvü mübarizə aparacaq.
Baş məşqçilər Oktay Muxtarov (yeniyetmələr) və Maksum Həsənovun (gənclər) rəhbərlikləri ilə komandamız aşağıdakı heyətlə çıxış edəcəklər:
Tehran Məmmədov (61 kq), Murad Əliyev (67 kq), Ömər Cavadov (73 kq), Əliyev Füqan (81 kq) və Əli Şükürlü (102 kq).
Hakim qismində ölkəmizi Vahid Nəzərov təmsil edəcək.