Akobatlarımız vətənə qayıtdı

İsrailin Holon şəhərində keçirilən akrobatika gimnastikası üzrə Avropa çempionatında uğurla çıxış edən Azərbaycan millisinin üzvləri vətənə qayıdıblar. Allsport.az xəbər verir ki, gimnastları hava limanında gimnastika federasiyasının nümayəndələri, yaxınları və jurnalistlər qarşılayıblar.

Gənclər yaş qrupunda mübarizə aparan Murad Rəfiyev və Daniel Abbasovdan ibarət cütlük temp hərəkətlərində bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu adına layiq görülüb.

Azərbaycan gimnastları qitə birinciliyində tam bir medal dəstini əldə ediblər. Onlar balans hərəkətlərində bürünc, çoxnövçülükdə isə gümüş medal qazanıblar.

Böyüklərin yarışında çıxış edən Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan ibarət qarışıq cütlük temp və balans hərəkətlərində bürünc medala yiyələnib.

Yığmamız Avropa çempionatını 5 medalla başa vurub.

Həmin kateqoriyadan