Gimnastlarımızdan Polşada uğurlu çıxış

Polşanın Katoviçe şəhərində idman gimnastikası üzrə “Barborka Cup 2019” adlı beynəlxalq turnir keçirilib.

Allsport.az xəbər verir ki, turnirdə qadın idman gimnastikası üzrə təmsilçilərimiz Milana Minakovskaya, Nazənin Teymurova, Məryəm MusayevaDuyğu Məcidzadə iştirak ediblər.

Qızlar komandamızın hesabına 2 medal yazdırıblar. Gənclər yaş qrupunda çıxış edən Minakovskaya rəqiblərini geridə qoyaraq 48,634 balla çoxnövçülükdə qızıl medal qazanıb. Bu yaş kateqoriyasında iştirak edən daha bir gimnast Nazənin Teymurova isə yarışı 11-ci yerdə bitirib.

Daha bir medalı yeniyetmələr arasında çıxış edən Məryəm Musayeva qazanıb. O, 52,267 balla çoxnövçülükdə üçüncü olub. Onunla eyni qrupda çıxış edən Duyğu Məcidzadə isə 8-ci yerdə qərarlaşıb.

Həmin kateqoriyadan