- Baxış sayı: 33
- 11 May 2026 21:35
- Baxış sayı: 33
- May 11, 2026
- 0

Serbiyanın Zlatibor şəhərində məktəblilər arasında gimnaziadaya start verilib.
Allsport.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə yarış keçirilib. Gimnaziadaya məşqçilər Namiq Quliyev və Elşad Allahverdiyevin rəhbərliyi altında yollanan komandanın bütün üzvləri fəxri kürsüyə qalxıb. Sərbəst güləşçilər Serbiyada 2 qızıl, 3 gümüş və 5 bürünc medal qazanıb.
Elman İsmayılovla (38 kq) İbrahim Həsənov (44 kq) bütün rəqiblərinə qalib gəliblər. Hüseyn Rzazadə (41 kq), Fərid Hüseynli (52 kq) və Məhəmməd Həsənli (62 kq) yalnız finalda məğlub olublar. Tamerlan Namazlı (48 kq), Elcan Həsənov (57 kq), Xəyal Şükürlü (68 kq), Elvin Necəfzadə (75 kq) və Tural Eynullayev (85 kq) isə üçüncü yeri tutub.
Sabah yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq.