GİN yurd içi idman yarışlarının canlı yayımına başlayıb

Gənclər və idman nazirliyi yurd içi idman yarışlarını canlı yayımına start verib. Allsport.az saytı xəbər verir ki, ilk sınaq dünən voleybol üzrə Azərbaycan çempionatında “Azərreyl” – UNEC qarşılaşması oldu. UNEC-in 3:2 qalib gəldiyi oyun AGİN-in Feysbuk, İnstaqram səhifələrində və Yutub kanalında canlı yayımlandı. Yayım Avropa voleybol konfederasiyasının da diqqətini çəkib və bu barədə qurumun rəsmi saytında xəbər paylaşılıb.

Nazirlik, qarşıdakı günlərdə voleybol üzrə kişi və qadın liqalarının növbəti oyunlarını, gimnastika üzrə ölkə çempoinatını, eləcə də təqvim üzrə digər növlər üzrə çempionatları da canlı yayımlamağı qarşıya məqsəd qoyub. Canlı yayım zamanı oyunları nazirlik əməkdaşları ilə yanaşı federasiyaların mütəxəsissləri şərh edəcəklər.

Həmin kateqoriyadan