- Baxış sayı: 64
- 06 May 2026 15:25
- Baxış sayı: 53
- May 11, 2026
- 0

Azərbaycan voleybol federasiyasının nümayəndəsi Elvar Osmanov, Göyçay rayon icra hakimiyyətinin başçısı Natiq Ağayevlə görüş keçirib.
Allsport.az saytı xəbər verir ki, söhbət zamanı Göyçayda yeniyetmə və gənclər arasında voleybol idman növünə marağın artırılması, uşaq-gənclər idman məktəbinin voleybol bölməsinin inkişaf etdirilməsi və gələcək planlardan söz açılıb.
İcra başçısı rayonda voleybol bölməsinin məşqçi müəllimlərinin inkişafı üçün gələcəkdə federasiya tərəfindən regionlarda təlim-seminarların təşkil edilməsini tövsiyə edib.
Sonda federasiya rəhbərliyi tərəfindən göndərilmiş simvolik voleybol topu rayon İcra Hakimiyyətinin başçısına təqdim edilib.