Güləş federasiyasında yeni baş katib

Məlum olduğu kimi, aprelin 9-da Azərbaycan güləş federasiyasının növbədənkənar ümumi seçki yığıncağı keçirilib. AGF-in prezidenti Mikayıl Cabbarovun sədrliyi ilə keçən toplantıda səsvermə yolu ilə icraiyyə komitəsinə yeni üzvlər seçilib.

Namiq Əliyev vitse-prezident vəzifəsində qalıb, sərbəst güləş üzrə olimpiya çempionu Namiq Abdullayev, yunan-Roma güləşi üzrə olimpiya çempionu Fərid Mansurov və Vasif Məmmədov icraiyyə komitəsində yer alıblar. 

Allsport.az saytının əldə etdiyi məlumata görə, baş katib vəzifəsi Nəsimi Musayevə tapşırılıb. Bu işi icra etmiş Orxan Məmmədova idman direktoru olacaq.

Həmin kateqoriyadan