Güləş federasiyasının hakimlərə də borcu var – 4000 manat

Güləş federasiyasında acınacaqlı durum davam etməkdədir. İdmançılar, məşqçilər, həkimlər, AGF əməkdaşlarına borclar uzun aylar yığılıb qalıb. Bu azmış kimi, aldığımız məlumata görə rəhbərliyin hakimlərə 3000-4000 manat civarında pul ödəməlidir. Bu maliyyə ötən il keçirilən daxili yarışların xidmətidir. Allsport.az-a daxil olan başqa bilgiyə əsasən, indi referilərə beynəlxalq turnirlərdə idarəçilik üçün də maliyyə verilmir. Onsuz da həmin məbləğ qəpik-quruşdur. Belə davam edərsə, Azərbaycanın zəngin hakimlik məktəbi zəifləyə, sonda dağıla bilər.

Yaddan çıxarmayaq ki, Məkan Zaalov keçmiş ittifaq adından 2 dəfə olimpiya oyunlarını idarə edib. Elə bu sayda idarəçilk müstəqilliyimizin ilk «dördilliklər»ində Oqtay Hüseynova qismət olub. Bu işdə tarix yazan şəxs isə, sözsüz ki, Hicran Şərifovdur. O, Pekin, London və Rio olimpiadalarında ədaləti qorumaqla, özünəməxsus rekord edib. Mütəxəssis Böyük Britaniya pataxtında “Dünyanın ən yaxşı güləş hakimi” elan olunub və “Qızıl fit” mükafatına layiq görülüb. Digər İ-S dərəcəli hakim İntiqam Alıyev də istedadlıdır. AGF-in hakimlər kollegiyasının sədri Qərib Əliyev də dünyaca məşhur ədalət təmsilçilərimizdəndir. Keçmiş FİLA-nın (indiki – UWW) ən gənc beynəlxalq referisi azərbaycanlı Kamran Əliyevdir. Asif Şirəliyev, Sədi Quliyev və Natiq Hacıyev sayılıb-seçilən 1-ci dərəcəli hakimlərdir.

Rəhbərlik isə, hələ diqqəti güləşçilərə göstərir. Onları yalnız nəticə maraqlandır; «yuxarılar»a, «görürsüz, bütün günü işləyirik» demək üçün. Amma yaddan çıxarır ki, uğur vəhdət şəklində olur: qələbədə məşqçi, həkim, inzibatçı, hakim və nəhayət, federasiya işçiləri də pay sahibidirlər.

K.HACI

Həmin kateqoriyadan