Güləş federasiyasının rəhbərinin 60-illik yubileyi

Bu gün güləş federasiyasının prezident əvəzi Namiq Əliyevin doğum günüdür. Allsport.az saytı xəbər verir ki, o, 60-illik yubileyini qeyd edir. Mütəxəssis dünya güləş birliyi icraiyyə komitəsinin üzvüdür.

1960-cı ildə Gəncə şəhərində anadan olub. 1983-cü ildə Lomonosov adına Moskva dövlət universitetinin hüquqi psixologiya fakultəsini bitirdikdən sonra, 1 il Azərbaycan respublikası elmlər akademiyasında elmi işçi vəzifəsində çalışıb. 1984-1986-cı illərdə SSRİ prokurorluğun elmi-tədqiqat institunda təcrübə keçmiş və 1990-cı ildə həmin institutun aspiranturasını bitirərək hüquq elmləri namizədi dərəcəsinə yiyələnib.

1991-2004-cü illər ərzində respublika prokurorluğunda Azərbaycan prokuronun köməkçisi, kadr idarəsinin prokuroru, polis orqanlarında qanunların icrasına nəzarət idarəsinin rəis müavini, vətəndaşların ərizə, şikayətlərinə baxılması və qəbulu idarəsinin rəis müavini, ədliyyə, milli təhlükəsizlik, gömrük, vergi və sərhəd qoşunları orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifələrində çalışıb.

Ölkə başçısının 20 fevral 2004-cü il tarixli sərəncamı ilə vergilər nazirinin müavini təyin edilib və bu vəzifədə 2018-ci ilədək işləyib. O, 2007-ci ildən AGF-in 1-ci vitse-prezidentidir. Ayrı-ayrı dönəmlərdə otüstü hokkey və velosiped idman federasiyalarında eyni vəzifəni daşıyıb.

Həmin kateqoriyadan