FOTO
Güləş hakimləri ilin ilk seminarında bir araya gəldi

Bu gün Olimpiya Güləş Mərkəzində güləş yarışlarını idarə edən milli və beynəlxalq dərəcəli hakimlər üçün seminar keçirilib. Allsport.az xəbər verir ki, seminarın keçirilməsi Dünya Güləş Birliyinin yarış idarə etmə təcrübəsi, yarışların DGB qaydalarına uyğun keçirilməsi və görüşlərin idarə edilməsində hakimlərin təlimatlandırılması məqsədi daşıyıb.

AGF-nin Hakimlər Kollegiyası tərəfindən aparılan seminarda Dünya Güləş Birliyinin təqvim planı üzrə keçirilən son yarışlardan videogörüntülər izlənilib, mübahisəli məqamlar üzərində fikir mübadiləsi aparılıb, güləş qaydaları və tətbiq olunan yeniliklər izah edilib, nəzəri və praktiki biliklər paylaşılıb.

Həmin kateqoriyadan