Güləş hakimlərimiz yenə yüksək qiymət aldılar – FOTO

Güləş hakimlərimiz yenə yüksək qiymət aldılar – FOTO

Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclərin Avropa çempionatı bu dəfə də Azərbaycan üçün uğurla bitib. Allsport.az xəbər verir ki, Balkanlarda müxtəlif güləş növlərində qızıl cingiltilərinn səsi duyulub. AGF-in təzə baş katibi Pərvin Piriyev daha iddialı olduğundan, məşqçilər və idmançılar bir qədər də fəallaşıblar, onun sələfi Nəsimi Musayevin qoyduğu təməli əhatəli şəkildə inkişaf etdirirlər.

Beynəlxalq hakimlərimiz də boş dayanmırlar, öz bacarıqları ilə daim Dünya güləş birliyinin diqqətini çəkirlər: 1-ci dərəcəli 2 referimiz – Həbib NuruluƏli Babayev düzgün qərarları ilə yerli azarkeşlərin rəğbətini qazanıblar. Yeni baş katibə arxalanan və ondan güc alan istedadlı ədalət qoruyucularımız biri bitməmiş, növbəti nüfuzlu yarışlara təyinat alırlar.

Hər 2 hakim yaxın gələcəkdə olimpiya dərəcəsi almağa əsas namizədlərdəndir.

Həmin kateqoriyadan