Güləş hakimlərinin 5-ci seminarı

Bu gün güləş federasiyasının növbəti onlayn seminarı keçirilib.  Allsport.az xəbər verir ki, sayca 5-ci dəfə təşkil olunan vebinarda hakimlər kollegiyasının sədri Qərib Əliyev əvvəlcə güləşdə risk hallarına aydınlıq gətirib.

Sonra mövzuya uyğun videolarla epizodlar ətraflı izah edilib. Toplantının sonlarına doğru isə Azərbaycan çempionatının bəzi qarşılaşmalarında mübahisəli epizodlar müzakirə olunub və hakimlərin verdiyi qərarlar qiymətləndirilib.

Müxtəlif vəziyyətlərin dəyərləndirilməsində 1-ci kateqoriyalı beynəlxalq dərəcəli hakim İntiqam Əliyev də yaxından iştirak edib və fikirlərini çatdırıb.

Həmin kateqoriyadan