Güləş komandalarımız bu dəfə Bolqarıstan xalçasında hünərlərini göstərəcək

8-9 apreldə Bolqarıstanın Ruse şəhərində güləş üzrə Dan Kolov və Nikola Petrovun xatirəsinə beynəlxalq turnir keçiriləcək. Allsport.az saytı xəbər verir ki, sayca 55-ci yarışda hər 3 millimiz iştirak edəcək.

Qadın güləşçilərdə baş məşqçi Semyon Çteryov və məşqçi Rövşən Umudovun rəhbərliyi ilə Anjela Doroqan (53 kq), İrina Netreba, Nataliya Sinişin (hər ikisi – 58 kq) və Elis Manolova (69 kq) mübarizə aparacaq.

Yunan-Roma güləşçiləri böyük məşqçisi İlqar Abdulovun başçılığı altında bu sınağa qatılacaq. Heyətdə Taleh Məmmədov, Kərim Cəfərov (59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev və Həsən Əliyev (71 kq) yer alıblar.

Sərbəst güləşçilərin mübarizəsində Mahir Əmiraslanov (57 kq), Məhəmməd Müslümov, Gitinoməhəmməd Hacıyev (65 kq), Ruslan Dibirhacıyev (70 kq) və Nurməhəmməd Hacıyev (97 kq) qüvvəsini sınayacaqlar. Komanda məşqçilər Sadruddin Ayqubov və Əsgərxan Novruzovun rəhbərlik edəcəklər.

Görüşlərin idarə edilməsində ölkəmizi 2-ci dərəcəli beynəlxalq hakim Əbdül Nuriyev təmsil edəcək.

Həmin kateqoriyadan